Azərbaycanın tanınmış ticarət və topdansatış şirkəti olan «Azaqrotreyd» 2019-cu ilin nəticələrini açıqnlayıb.
Eləcə də bax: Azərbaycanın məşhur müəssisəsinin - VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az xəbər verir ki, ötən il şirkətin əməliyyat gəlirləri 2018-ci illə müqayisədə 9,4% azalaraq 787,7 min manat təşkil edib. Bu dövrdə «Azaqrotreyd»in amortizasiya xərcləri 130 min manat (3,3% azalma), sair əməliyyat xərcləri isə 456 min manat olub (10,5% azalma).
Nəticədə şirkətin vergiyə qədərki mənfəəti ötən illə müqayisədə 37% azalaraq 201,5 min manat təşkil edib. 40,3 min manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 161,2 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 37,4% azdır.
2019-cu ilin nəticələrinə görə, «Azaqrotreyd»inq kapitalı və aktivləri azalıb. Belə ki, ilin sonuna cəmi kapital 1 453,4 min manat təşkil edib ki, bu da əvvəlki ildə 11,6% azdır.
Şirkətin qüsamüddətli aktivləri 1,5 milyon manat (12,3% azalıb), uzunmüddətli aktivləri isə 11,6% azalaraq 1 milyon .493,7 min manat təşkil edib.
Xatırladaq ki, «Azaqrotreyd» 2019-cu ilin nəticələrinə görə səhmdarlarına dividend ödəyəcək. Belə ki, ASC-nin 29 iyunda keçirilən səhmdarların illik ümumi yığıncağında digər məsələlərlə yanaşı, səhmdarlara dividendlərin ödənilməsi də müzakirə edilib.