“Delta Telekom LTD" MMM 2022-ci ilin konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin cəmi gəlirləri 82 milyon 294 min manat olub. Gəlirlər son bir ildə 15 milyon 912 min manat və ya 24% artıb.
Şirkətin trafik xidmətləri 26 milyon 366 min manat, amortizasiya xərcləri 7 milyon 502 min manat, işçi heyətinə çəkdiyi xərcləri 6 milyon 32 min manat, quraşdırma və kabel işləri xərcləri 1 milyon 36 min manat, material xərcləri 84 min manat, digər əməliyyat xərcləri 5 milyon 666 min manat, cəmi əməliyyat xərcləri isə 46 milyon 686 min manat təşkil edib.
İllik müqayisədə trafik xidmətləri xərcləri 37,4%, amortizasiya xərcləri 0,7%, artıb, işçi heyəti xərcləri 3,2%, quraşdırma və kabel xərcləri 35,5%, material xərcləri 2,7 dəfə azalıb, digər əməliyyat xərcləri 4,3 dəfə, cəmi əməliyyat xərcləri 29,6% artıb.
Hesabat dövründə xalis əməliyyat mənfəəti 35 milyon 608 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 254 min manat və ya 17,3% çoxdur.
Şirkət ötən il 6 milyon 937 min manat, yəni əvvəlki illə müqayisədə 502 min manat (7,8%) çox mənfəət vergisi ödəyib.
2022-ci ili 28 milyon 671 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir ildə 4 milyon 752 min manat yəni 19,9% artıb.
“Delta Telecom” LTD 2022-ci ildə 222 milyon 555 min manat həcmində aktivlərə malik olub. Akitvlər son bir ildə 45 milyon 387 min manat, başqa sözlə 25,6% artıb.
Şirkətin öhdəlikləri 16 milyon 742 min manat (49,8%) artaraq 50 milyon 359 min manata çatıb.
Cəmi kapitalın həcmi 171 milyon 896 min manat, bölüşdürülməmiş mənfəətin həcmi 171 milyon 869 min manat təşkil edib ki, hər iki göstərici son bir ildə 28 milyon 645 min manat (20%) artıb.