“Cənub Qaz Dəhlizi” QSC 2023-cü ilin ilk yarısının maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, “Cənub Qaz Dəhlizi” QSC bu ilin I yarısını 726,6milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Xalis mənfəət 6 aylıq müqayisədə 2 dəfəyə yaxın azalıb.
QSC-nin 6 ayda SGC-nin əməliyyat gəlirləri 1 milyard 391,4 milyon dollar, satışının maya dəyəri 245,1 milyon dollar, ümumi və inzibati xərcləri 164,2 milyon milyon dollar, nəqletmə xərcləri 69,2 milyon dollar, digər gəlirləri 27,9 milyon dollar, faiz gəlirləri 46,2 milyon dollar, asılı müəssisələrdən gəlirləri 34,8 milyon dollar, maliyyə xərcləri 284,8 milyon dollar, məzənnə fərqindən gəlirləri 2,7 milyon dollar, mənfəət vergisi ödəmələri isə 13,1 milyon dollar təşkil edib.
Şirkətin ilk yarımildə aktivləri 14 milyard 704,8 milyon dollar təşkil edib.
Akitvlər ötən ilin sonu ilə müqayisədə 921 milyon dollara yaxın, yəni 6,7% artıb.
QSC-nin öhdəlikləri 193 ,9 milyon dollar (2,4%) artaraq 8 milyard 274,5 milyon dollara yüksəlib.
Balans kapitalı 6 milyard 430,3 milyon dollar təşkil edib ki, bu da 727 milyon dollar 12,7% artım deməkdir.
QSC-nin bölüşdürülməmiş mənfəəti də 474,5 milyon dollar, başqa sözlə 13,9% artaraq 3 milyard 890 milyon dollara yaxınlaşıb. Nizamnamə kapitalı isə dəyişməyərək 2 milyard 415,8 milyon dollar təşkil edib.