2025-ci ilin yanvar-may aylarında Azərbaycana 110 milyon 436 min dollar dəyərində 510 min 431 ton buğda idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37 milyon 760 min dollar və ya 52%, miqdar ifadəsilə isə 181 min 888 ton, başqa sözlə 55,3% artıb.
2024-cü ildə isə Azərbaycana 72 milyon 676 min dollar dəyərində 328 min 543 ton buğda idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan buğdanın 1 tonunun orta qiyməti 216,4 dollar (367,8 manat) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 221,2 dollar (376 manat) idi. Bu da illik müqayisədə 4,8 dollar və ya 2,2% azalma deməkdir.
Bu il ümumi idxalın 1,11%-i buğdanın payına düşüb.