2025-ci ilin yanvar-may aylarında Azərbaycana 80 milyon 494 min dollar dəyərində 11 min 458 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 26 milyon 332 min dollar və ya 48,6%, miqdar ifadəsilə isə 1 min 64 ton, başqa sözlə 10,2% artıb.
2024-cü ildə isə Azərbaycana 54 milyon 162 min dollar dəyərində 10 min 394 ton bu qəbildən olan məhsul idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının orta qiyməti 11 manat 94 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 8 manat 86 qəpik idi. Bu da illik müqayisədə 3 manat 8 qəpik və ya 34,8% artım deməkdir.
Bu il ümumi idxalın 0,81%-i kərə yağının payına düşüb.