“Böyükşor Avtonəqliyyat” ASC-nin 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı açıqlanıb.
FED.az ASC-nin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə şirkətin satışları 604,2 min manat, sair əməliyyat gəlirləri 2,9 min manat olub. İllik müqayisədə satışlar 37,1 min manat (6,5%), sair əməliyyat gəlirləri 0,8 min manat (38,1%) artıb.
Hesabat dövründə şirkətin işçi heyəti üzrə xərcləri 112,5 min manat, amortizasiya xərcləri 29 min manat, sair əməliyyat xərcləri 32,4 min manat olub. Son bir ildə işçi heyəti xərcləri 14 min manat (14,2%), sair əməliyyat xərcləri 2 min manat (7,4%), amortizasiya xərcləri isə 5 min manat (16,5%) artıb.
ASC-nin əməliyyat mənfəəti 17 min manat və ya 4,2% artaraq 433,2 min manata çatıb.
Mənfəət vergisi ödəməsi isə 2,3 min manat (2,8%) artaraq 85,5 min manat olub.
Bununla da “Böyükşor Avtonəqliyyat” ASC-nin 2024-cü ili 342,3 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-ci ilin mənfəətindən 9,6 min manat və ya 2,9% çoxdur.
“Böyükşor Avtonəqliyyat” ASC ötən il 1 milyon 841,8 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 90,3 min manat, başqa sözlə 5,2% çoxdur.
Şirkətin öhdəlikləri 31,5 min manat və ya 44,2% artaraq 102,8 min manat təşkil edib.
Balans kapitalı isə 1 milyon 739 min manat olub ki, bu da 2023-ci illə müqayisədə 58,8 min manat və ya 3,5% çoxdur.
Bölüşdürülməmiş mənfəət xalis mənfəətdə olduğu kimi 2023-cü ilin mənfəətindən 9,6 min manat və ya 2,9% çox olub və 342,3 min manat təşkil edib.
Ödənilmiş nominal (nizamnamə) kapitalı isə dəyişməyərək 1 milyon 154.7 min manat olaraq qalıb.