“Suraxanı Maşınqayırma Zavodu” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 510 min manat xalis mənfəət ilə başa vurub. ASC 2023-cü ili 440 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Suraxanı Maşınqayırma Zavodu”nun xalis mənfəəti 70 mi manat və ya 16% artıb.
Şirkət bu dövrdə 127,6 min manat mənfəət vergisi ödəyib ki, bu da son bir ildə 17,6 min manat (16%) artım deməkdir.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 7 milyon 838 min manat, satışın maya dəyəri isə 6 milyon 321 min manat olub. Gəlirlər son bir ildə 489 min manat (5,9%), satışın maya dəyəri isə 454 min manat (6,7%) azalıb.
Beləliklə, şirkətin ümumi mənfəəti 1 milyon 516 min manat təşkil edib ki, bu da illik müqayisədə 35 min manat və ya 2,3% azalma deməkdir.
Digər əməliyyat gəlirləri 26 min manat (4 dəfə) artımla 34,6 min manata yüksəlib.
“Suraxanı Maşınqayırma Zavodu” ASC-nin 2024-cü ildə ümumi və administrativ xərcləri 60,1 min manat və ya 6,4% azalaraq 873,6 min manata düşüb.
Sair əməliyyat xərcləri 28 min manata bərabər olub ki, bu da 2023-cü ilə nəzərən 14,1 min manat (33,5%) azdır.
Əməliyyat mənfəəti 65 min manat (11,1%) artımla 643 min manatı ötüb.
Şirkətin maliyyə xərcləri 22,9 min manat (3 dəfə) azalma ilə 11,4 min manata düşüb.
“Suraxanı Maşınqayırma Zavodu” ASC ötən il 10 milyon 587 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 187 min manat və ya 1,8% artıb.
Şirkətin öhdəlikləri 196 min manat və ya 3,8% azalaraq 4 milyon 906 min manata düşüb.
Şirkətin balans kapitalı 5 milyon 681 min manat təşkil edib. Ötən illə müqayisədə bu göstərici 384 min manat və ya 7,2% artıb.
Bölüşdürülməmiş mənfəət də son bir ildə 384 min manat (77,6%) artıb və 879 min manata çatıb.