“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Eləcə də bax: Mənfəətini 3 qat artırıb, kreditini bağlayıb – ŞİRKƏT HESABATI
FED.az xəbər verir ki, ASC 2019-cu ili 197,7 min manat (1,5% və ya 3 min manat) xalis mənfəətlə başa vurub.
“Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 835,7 min manat (1,9% və ya 35,6 min manat artım), əməliyyat xərcləri 1 milyon 588 min manat (2,4% və ya 39,3 min manat azalma) təşkil edib.
Şirkət ötən il əməliyyat mənfəəti 247,1 min manat (1,5% və ya 3,7 min manat artım) olub.
Nəhayət, şirkət 49,4 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 197,7 min manat mənfəətlə başa vurub.
2019-cu ilin sonunda “Bakı Neft-Mədən Avadanlıqları”ın cəmi aktivləri 1 milyon 264 min manat (13% və ya 188,5 min manat), cəmi kapitalı 1 milyon 200,3 min manat (0,7% və ya 7,9 min manat azalma),cəmi öhdəliklər 63,7 min manat (3,8 dəfə və ya 180,5 min manat azalma) olub.
Şirkətin cəmi öhdəliklərinin bu qədər azalmasının əsas səbəbi dividendlər üzrə təsisçilərə olan borclarının 157,5 min manat ödəməsidir. Şirkətin dividendlər üzrə təsisçilərə olan borcları 2018-ci ildə 168,9 min manat, 2019-cu ildə 63,7 min manat olub. Şirkətin dividendlər üzrə təsisçilərə olan borcu 93,3% azalıb.