Bakı Metropliteninin yığılmış zərəri 3 milyard 109 milyon 540 min manata bərabər olub.
FED.az QSC-nin illik hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 139 milyon 616 min manat (4,7%) artım (zərərin dərinləşməsi) deməkdir.
2023-cü ildə QSC-nin yığılmış zərəri 2 milyard 969 milyon 924 min manat idi.
Qeyd edək ki, "Bakı Metropliteni" 2024-cü ili ili 139 milyon 616 min manat xalis zərərlə tamamlayıb. 2023-cü illə müqayisədə 62 milyon 741 min manat (81,6%) və ya təxminən 1,8 dəfə artıb.










