“Bakı Əyrici Toxucu” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Əyrici Toxucu”nun ümumi gəlirləri 8 milyon 654 min manata bərabər olub ki, bu da əvvəlki ilə nisbətən 2 milyon 606 min manat və ya 23% azdır.
Cəmi əməliyyat xərcləri 7 milyon 605 min manat təşkil edib. Bu da 2023-cü ilin sonu ilə müqayisədə 2 milyon 106 min manat (22%) aşağıdır.
Bunun da böyük hissəsi 6 milyon 370 min manatı malın dəyəri üzrə xərclərdir ki, bu da illik 5 milyon 597 min manat (8,2 dəfə) artımdır.
Bundan başqa sosial sığorta haqları üzrə xərclər 42 min manat (25%) azalaraq 127 min manata, əmək haqqı və ona bərabər tutulan ödəmələr isə 222 min manat (26%) azalaraq 634 min manata düşüb.
Şirkət ötən ili 242 min manat mənfəət vergisi ödənişindən sonra 713 min manat mənfəətlə başa vurub.
Halbuli 2023-cü ili 1 milyon 158 min manat mənfəət lə tamamlamışdı. Bu da illik müqayisədə mənfəətin 445 min manat və ya 38% azalması deməkdir.
"Bakı Əyrici Toxucu” ASC-nin cəmi aktivləri ötən ilin sonuna 3 milyon 892 min manat təşkil edib.Aktivlər son bir ildə 84 min manat və ya 2% azalıb.
ASC-nin cəmi öhdəlikləri 404 min manat, başqa sözlə 26% azalaraq 1 milyon 180 min manata düşüb.
Cəmi kapitalı isə 319 min manat və ya 13% artaraq 2 milyon 712 min manat olub.
Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəətin həcmi 404 min manat olub.