“Azelektromaş” ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2 milyon 8 min manata bərabər olub ki, bu da son bir il ərzində 1 milyon 429 min manat, başqa sözlə 41,6% azalma deməkdir.
İşçi heyəti üzrə xərcləri 35,5 min manat (15,4%) artaraq 266.4 min manata, amortizasiya xərcləri 4 min manat və ya 29,1% artaraq 16,4 min manata yüksəlib.
Bununla yanaşı “Azelektromaş”ın digər əməliyyat xərcləri 245 min manat (34,1%) azalaraq 473,8 min manata, sair əməliyyat xərcləri isə 2 min manat (0,8%) azalaraq 234,1 min manata düşüb.
Şirkətin əməliyyat mənfəəti 226,7 min manata bərabər olub. Bu göstərici 2023-cü ilin sonu ilə müqayisədə 303 min manat (2.3 dəfə) azalıb.
ASC 2023-cü ilə nisbətən 60,2 min manat və ya 2,3 dəfə az olmaqla 2024-cü ildə 45,4 min manat mənfəət vergi ödəyib.
“Azelektromaş” ASC ötən ili ümumilikdə 181,4 min manat xalis mənfəət ilə başa vurub.
2023-cü ildə isə 423,8 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 243,2 min manat və ya 2,3 dəfə azalma deməkdir.