2023-cü ilin yanvar-iyul aylarında “Azəralüminium” MMC 77.4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Belə ki, bu göstərici həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 17.9 milyon dollar və ya 18.8% və ya azdır.
Qeyd edək ki, 2022-ci ilin ilk 7 ayı ərzində “Azəralüminium” MMC 95.3 milyon dollar dəyərində məhsul ixrac edib.