2023-cü ilin yanvar-oktaybr aylarında "MKT İstehsalat Komersiya" MMC 75,2 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "MKT İstehsalat Komersiya" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 25,7 milyon dollar 25,5% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "MKT İstehsalat Komersiya" MMC 100,9 milyon dollar dəyərində məhsul ixrac edib.