“Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin 31 dekabr 2024-cü il tarixinə yekunlaşan il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 9,4 milyon manata bərabər olub. Ötən ilə nisbətən gəlirlər 2,8 milyon manat (22,8%) azalıb.
Satışın maya dəyəri üzrə xərclər 9 milyon manata bərabər olub. Bu da illik 2,8 milyon manata yaxın (23,4%) azalmadır. Lakin bu, ümumi mənfəətin 371,3 min manata enməsinin qarşısını almayıb.
Bununla yanaşı inzibati xərclər 12,6 min manat (9,1%) artımla 151 min manata yüksəlib.
2024-cü ildə şirkətin cəmi əməliyyat xərcləri 9,2 milyon manata enib. Bu, ötən ilin 11,9 milyon manatlıq göstəricisi ilə müqayisədə 2,7 milyon manatdan çox və ya 23% azalma deməkdir.
Şirkət material xərclərini 7,3 milyon manata endirərək, il ərzində 2 milyon 152 min manat (22,8%) azaltmağa nail olub.
Şirkəti eyni zamanda digər xərcləri 391,3 min manat (24,7%) azalma ilə 1,2 milyon manata düşüb.
Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər 15,8 min manata bərabər olub. Bu, ötən ilki 248,1 min manatla müqayisədə 232,3 min manat və ya 15,7 dəfəlik kəskin bir azalmadır.
Ötən il olmasa da , bu il 304,9 min manatlıq maliyyə mənfəəti yaranıb. şirkətin ötən ilki 149,4 min manatlıq əməliyyat zərəri bu 7,5 min manat mənfəətə çevrilib.
Bu yeni gəlir mənbəyinə baxmayaraq, şirkətin vergiqoymadan əvvəlki mənfəəti 227,8 min manata enərək 177 min manat (43,7%) azalıb.
Nəticədə, “Bakı-Taxıl” ASC 2024-cü ili 182,3 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 141,5 min manat və ya 43,7% daha azdır.
Ötən ilin sonunda şirkətin cəmi aktivləri 16,8 milyon manata bərabər olub. İl ərzində 221,5 min manat (1,3%) artım qeydə alınıb.
Bu artımın əsas səbəbi uzunmüddətli aktivlər olub. Bu aktivlər 4,2 milyon manata bərabər olub ki, bu da illik 604,6 min manat (16,7%) artım deməkdir. Artımda torpaq, tikili və avadanlıqların 604,6 min manat artmasının rolu olub.
Bunun əksinə olaraq, qısamüddətli aktivlər 12,6 milyon manata enərək 383,1 min manat (2,9%) azalıb. Bu azalma əsasən sair qısamüddətli maliyyə aktivlərinin 410,4 min manatdan sıfıra enməsi hesabına baş verib. Müsbət hal kimi, qısamüddətli debitor borcları 1,5 milyon manata yüksələrək 85,7 min manat (5,9%) artıb. Lakin şirkətin pul vəsaitləri 111,1 min manata bərabər olub ki, bu da 2023-cü ilə nəzərən 28 min manat (20,2%) azalmadır.
Hesabat ilin taxıl şirkətinin cəmi öhdəlikləri 7,9 milyon manata bərabər olub. İl ərzində öhdəliklər 461,1 min manat (6,2%) artıb. Bu artımın demək olar, hamısı qısamüddətli öhdəliklərin hesabına baş verib. Xüsusilə, qısamüddətli kreditor borcları 526,9 min manat və ya 2,1 dəfə artımla 1 milyon 17 min manata çatıb.
İl ərzində yaranan mənfəətin azalması birbaşa olaraq kapitala mənfi təsir edib. Cəmi kapital 8,9 milyon manata bərabər olub. Bu da 2023-cü ilə nəzərən 239,5 min manat (2,6%) azalma deməkdir. Bu azalma tamamilə bölüşdürülməmiş mənfəətin 239,5 min manat azalması ilə bağlıdır.