«Allianse business Centre» QSC biznes mərkəzi 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il biznes mərkəzinin gəlirləri 2023-cü illə müqayisədə 150 min manat artaraq 609 min manat çatıb.
Şirkətin buna cəmi 204 min xərgi çıxıb. Mərkəzin inzibati xərcləri isə il ərzində cəmi 26 min manat (ayda təqribən 2200 manat ) olub.
Nəticədə şirkətin əməliyyat mənfəəti 378 min manat təşkil edib ki, bu da 2023-cü ildən 130 min manat artıqdır.
Şirkətin illik amortizasiya xərcləri 110 min manat, gəlirdən çıxılan verpilər 14 min manat olub.
Daha 49 min manat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə biznes mərkəzi 2024-cü ili 197 min manat xalis mənfəətlə tamamlayıb.
110 min manatlıq amortizasiya xərcinə baxmayaraq mərkəzin dəfəri aşağı düşüb.
2024-cü ilin nəticələrinə görə, biznes mərkəzin dəyəri 1,5 milyon manatdan 1,4 milyon manata enib. Şirkətin əsas aktivi də bina və avadanlıqlar olduğuna görə, aktivlər də 200 min maenata yaxın azalaraq 1 914 min manatdan 1720 min manatadək enib.
Şirkətin kapitalı 724 min manat, öhdəlikləri isə 400 min manata yaxın azalaraq 1 milyondan aşağı düşüb.