2023-cü ilin yanvar-avqust aylarında "Baku Steel Company" QSC 54,1 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Baku Steel Company" QSC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 3-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 27 milyon dollar 99,6% artıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 8 ayı ərzində "Baku Steel Company" QSC 27,1 milyon dollar dəyərində məhsul ixrac edib.