“Kredit Evi” ASC 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, faiz gəlirləri 10 milyon 108 min manat, xərcləri isə 3 milyon 472 min manat təşkil edib.
2021-ci illə müqayisədə faiz gəlirləri 1 milyon 912 min manat, yəni 23,3%, xərcləri isə 398 min manat və ya 12,9% çoxdur.
Beləliklə şirkətin xalis faiz gəlirləri 1 milyon 491 manat və ya 30,1% artaraq 6 milyon 440 manata çatıb.
Şirkətin inzibati əməliyyat xərcləri də 814,2 min manat (19,8%) artıb və 4 milyon 935 min manat min manat təşkil edib.
Hesabat dönəmində şirkət 361,2 min manat mənfəət vergi ödəyib və 2022-ci ili 1 milyon 360,7 min manat mənfəətlə başa vurub. Xalis mənfəət də son bir ildə 771,2 min manat və ya 2,3 dəfə artıb.
“Kredit Evi” ASC 2022-ci ildə 26 milyon 782 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə təxminən 6 milyon manat (28,9%) artıb.
Öhdəliklər 5 milyon 554 min manat və ya 26,9% artaraq 26 milyon 182 min manat, kapital isə 445,4 min manat və ya 3,9 dəfə artaraq 599,3 min manata yüksəlib.
Bölüşdürülməmiş manat 597,3 min manat təşkil edib ki, bu da son bir ildə 445,4 min manat və ya 3,9 dəfə çoxdur.