“Aynur 119” ASC özünün 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ictimaiyyətə açıqlanan hesabatda şirkətin fəaliyyətinin əsas göstəricilərinin böyük hissəsi yer almayıb.
Məlumatda bildirilir ki, şirkətin 2022-ci il ərzində ümumi gəliri cəmi 18 min manat olub.
2022-ci ildə cəmiyyətin həmin gəlirlərin əldə edilməsinə çəkilən faktiki xərclər aşağıdakılardan ibarət olmuşdur:
Əmək haqqı 13 440,00
DSMF-yə ayırmalar 2 352,00
İcbari tibbi sığorta haqqı 268,80
İşsizlik təminatı üzrə ayırmalar 67,20
Əmlak vergisi 223,21
İşçilərin bədbəxt haqdisədən icbari sığortası 26,88
Bank xidməti 174,79
Mobil telefon xərci 30,00
Cəmi xərclər 16 582,88
Bu rəqəmləri nəzərə alanda “Aynur 119” ASC-nin illik mənfəəti 1300-1400 manat arasında dəyişir. Şirkətin gəlirlərinin strukturu, aktivləri, kapitalı və öhdəlikləri barədə məlumatlar açıqlanmayıb.