Azərbaycanın müxtəlif bölgələrində müxtəlif istiqamətlər üzrə mühafizə xidmətinin təşkilini həyata keçirən "Kapital Security" QSC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, mühafizə şirkəti 2022-ci ili 78,8 min manat xalis mənfəət ilə başa vurub. Halbuki 2021-ci ili 30,3 min manat xalis mənfəət ilə yekunlaşdırmışdı. Şirkətin xalis mənfəətin həcmi 48,5 min manat və ya 2,6 dəfə artıb Hesabat dövründə şirkət 23 min manat mənfəət vergisi ödəyib.
"Kapital Security" şirkətinin satışdan gəliri 2022-ci ildə 2 milyon 94 min manat təşkil edib. Satışdan gəlirlər 2021-ci illə müqayisədə 1 milyon 611 min manat və ya 4,3 dəfə artıb. Satışın maya dəyəri isə 1 milyon 538 min manat (4,5 dəfə) artaraq 1 milyon 978 min manat təşkil edib.
Beləliklə, mühafizə şirkətinin ümumi mənfəəti 115,8 min manat olub ki, bu da illik müqayisədə 72,3 min manat (2,6 dəfə) çoxdur.
Bundan başqa şirkətin inzibati xərcləri 3 dəfə və ya 9 min manat artaraq 13,4 min manata yüksəlib.
Hesabat dövründə “Kapital Security” şirkəti 102,4 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəəti son bir ildə 2,6 dəfə artıb.
Bu dövrdə "Kapital Security" QSC 620,6 min manat cəmi aktivlərə malik olub. Akitvlər son bir ildə 450,9 min manat (3,6 dəfə) artıb.
Öhdəliklər isə 2021-ci illə müqayisədə 3,6 dəfə (370,1 min manat) artaraq 509,4 min manata yüksəlib.
Hesabat dövründə şirkətin balans kapitalı 111,2 min manata yaxın olub ki, bu da illik müqayisədə 80,7 min manat və ya (3,6 dəfə) çoxdur.
Mühafizə şirkətinin bölüşdürülməmiş mənfəətinin həcmi 2,6 dəfə (48,5 min manat) artaraq 78,8 min manata yüksəlib. Nizamnamə kapitalı 2021-ci illə müqayisədə 20 dəfə artırılaraq 2022-ci ildə 2 000 manata çatdırılıb.