Azərbaycanda avtomobil lizinqi sahəsində fəaliyyət göstərən "Legion Financial" 2024-cü ilin I yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 239,1 min manat faiz xərcinə qarşı, 831,8 min manat faiz gəliri edib. Yekunda xalis faiz gəlirləri 592,7 min manat təşkil edib.
İllik müqayisə ilə faiz gəlirləri 507,8 min manat (2,6 dəfə), xərcləri 206,9 min manat (7,4 dəfə), xalis faiz gəlirləri 300,9 min manat (2 dəfə) artıb.
Digər gəlirləri 44,4 min manat, başqa sözlə 5,7 dəfə artaraq 53,9 min manata yüksəlib.
Lizinq şirkəti inzibati xərclərini 24,2 min manat və ya 2,4 dəfə artıraraq 41,1 min manata çatdırıb.
126 min manat mənfəət vergisi xərcindən sonra "Legion Financial" ötən ili 479,5 min manat xalis mənfəətlə başa burub. Mənfəət vergisi ödəmələri 69,1 min manat (2,2 dəfə), xalis mənfəət 252 min manat (2,1 dəfə) artıb.
Lizinq şirkəti 2024-cü ilin ilk yarısında 8 milyon 352 min manat akitvlərə malik olub. Akitvlər son bir ildə 5 milyon 557 min manat və ya 3 dəfə artıb.
Öhdəliklər isə son bir ildə 4 milyon169 min manat 8,3 dəfə artaraq 4 milyon 737 min manata yüksəlib.
Balans kapitalı 3 milyon 614 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 387 min manat (12%) çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi 252 min manat və ya 2,1 dəfə artaraq 479,5 min manata çatıb.
Nizamnamə kapitalı 1 milyon 135 min manat (56,8%) artırılaraq 2 milyon manatdan 3 milyon 135 min manata çatırılıb.