Azərbaycanda avtomobil lizinqi sahəsində fəaliyyət göstərən "Legion Financial" 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 132,7 min manat faiz xərcinə qarşı, 893,1 min manat faiz gəliri edib. Yekunda xalis faiz gəlirləri 760,4 min manat təşkil edib.
İllik müqayisə ilə faiz gəlirləri 474,9 min manat (2,1 dəfə), xərcləri 77,3 min manat (2,4 dəfə), xalis faiz gəlirləri 397,6 min manat (2,1 dəfə) artıb.
Qeyri-faiz gəlirləri 35,6 min manat, başqa sözlə 6 dəfə artaraq 42,7 min manata yüksəlib.
Lizinq şirkəti inzibati xərclərini 16,2 min manat və ya 98,2% artıraraq 32,7 min manata çatdırıb.
154,1 min manat mənfəət vergisi xərcindən sonra "Legion Financial" ötən ili 616,3 min manat xalis mənfəətlə başa burub. Mənfəət vergisi ödəmələri 83,4 min manat (2,2 dəfə), xalis mənfəət 333,6 min manat (2,2 dəfə) artıb.
Lizinq şirkəti 2023-cü ildə 4 milyon 751 min manat akitvlərə malik olub. Akitvlər son bir ildə 2 milyon 216 min manat və ya 2,2 dəfə artıb.
Öhdəliklər isə son bir ildə 1 milyon 483 min manat 4,6 dəfə artaraq 1 milyon 889 min manata yüksəlib.
Balans kapitalı 2 milyon 861 min manat olub ki, bu da 2022-ci illə müqayisədə 1 milyon 132 min manat (65,5%) çoxdur.
Nizamnamə kapitalı 815 min manat (57%) artırılaraq 1 milyon 430 min manatdan 2 milyon 245 min manata çatırılıb