2023-cü ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyinə ödənişlər (əmək haqqı, ixtiyari və digər qısamüddətli mükafatlar) 795 min manat təşkil edib.
FED.az bu barədə ASK-nın hesbatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilə nisbətən 34 min manat və ya 4,5% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə rəhbər heyətə ödənişlər 761 min manat idi.
O cümlədən, ötən il ASK-ya məxsus "Azəralüminium” MMC-nin rəhbərliyinə 74,2 min manat ödəniş edilib ki, bu da illik müqayisədə 1,6 min manat və ya 2,1% azdır.