“Azərbaycan Dəmir Yolları” ötən ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ADY-nin yükdaşıma gəlirləri 525 milyon 498 min manat olub.
Bu əvvəlki ilə nisbətən 127 milyon 557 min manat 32,1 % çoxdur.
Lakin tikinti gəlirləri son bir ildə 2,5 dəfə azalaraq 20 milyon 953 min manat təşkil edib.
Sərnişindaşıma gəlirləri 4 milyon 826 min manat olub ki, bu da illik müqayisədə 2 milyon 973 min manat (2,6 dəfə) çoxdur.
Sair gəlirləri 50 milyon 131 milyon manat olub ki, bu da son bir ildə 35,7 % çoxdur.
Bundan başqa QSC-nin köhnəlmə və amortizasiya xərcləri 83 milyon 518 min manat (9 milyon 681 min manat və ya 13,1 % çox), əməkhaqqı, maaş və əlaqəli ödənişləri 204 milyon 150 min manat (27 milyon 486 min manat və ya 15,6 % çox), elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri 63 milyon 61 min manat (9 milyon 507 min manat və ya 17,6 % çox), nəqliyyat xərcləri 116 milyon 357 min manat (8milyon 705 min manat və ya 8,1 % çox), ticari və sair debitor biorcları üzrə dəyərsizləşmə zərəri 1 milyon 579 min manat (1 milyon 397 min 46,9 % az), sair xərcləri 52 milyon 512 min manat (53 milyon 913 min manat və ya 2 dəfə az), maliyyə xərcləri 44 milyon 598 min manat (14 milyon 880 min 25 % az), xarici valyuta mübadiləsindən xalis gəlirləri 71 milyon 909 min manat (37 milyon 929 min manat və ya 34,5% az), mənfəət vergisi ödəmələri isə 20 milyon 837 min manat təşkil edib.
Dəmiryolunun 2021-ci ildə 32 milyon 540 min manat əməliyyat zərər etsə etsə də 2022-ci gildə 79 milyon 682 min manat oub.
Beləliklə ADY 2022-ci ili 86 milyon 156 min manat xalis mənfəətlə başa vurub.Bu, 2021-ci illə müqayisədə 60 milyon 176 min manat və ya 3,3 dəfə çoxdur.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 milyard 271 milyon 549 min manat olub ki, bu da illik müqayisədə 619 milyon 62 min manat və ya 16,9 % çoxdur.
Bunun da böyük hissəsi 3 milyard 758 milyon 580 min manatı əmlak, tikili və avadanlıqların payına düşüb. Bu göstərici də illik müqayisədə 632 milyon 143 min manat (20,2%) artıb.
Şirkətin nağd pul ehtiyatları da 20 milyon 940 min manat (16,6%) artaraq 146 milyon 783 min manata çatıb.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 287 milyon 683 min manat (10,5%) azalaraq 2 milyard 444 milyon 613 min manata düşüb, Balans kapitalı isə 906 milyon 925 min (98,6%) artaraq 1 milyard 826 milyon 936 min manata çatıb.
Şirkətə dövlət investisiyaları da 821 milyon 937 min manat (18,6%) artaraq 5 milyard 250 milyon 426 min manata çatıb.
Nizamnamə kapitalı dəyişməyərək 960 milyon 62 min manat olaraq qalıb.
Yığılmış defisitləri isə 4 milyard 345 milyon 349 min manat təşkil edib. Bu göstərici son bir ildə 86 milyon 84 min manat (1,9%) aşağı düşüb.