2023-cü ilin yanvar-avqust ayında 45 milyon dollar dəyərində şaftalı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayı ilə müqayisədə 16,3 milyon dollar və ya 56,8% artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 28,7 milyon dollar dəyərində şaftalı ixrac edilib.