"Azəralüminium" MMC ötən ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 286,7 milyon manat olub. Gəlirlər son bir ildə 52,3 milyon manat başqa sözlə 22,3% artıb.
Satşın maya dəyəri isə 232,2 milyon manat olub ki, bu da illik müqayisədə 61,6 milyon manat, yəni, 36,1% çoxdur.
Şirkətin ümumi mənfəəti 9,2 milyon manat (14,5%) azalaraq 54,5 milyon manata düşüb.
Şirkətin ümumi inzibati xərcləri 5,5 milyon manat, satış və paylanma xərcləri 12,5 milyon manat təşkil edib. Xərclər illik müqayisədə müvafiq olaraq 6,2% artıb və 20% azalıb.
"Azəralümünium" 7 milyon manat mənfəət vergisi ödənişindən sonra (6,4% az) ötən ili 27,7 milyon manat xalis mənfəətlə başa vurub.
Xalis mənfəətin həcmi 2021-ci illə müqayisədə 2,4 milyon manat (7,9%) azalıb.
Bu il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 365,5 milyon manat olub ki, bu da illik müqayisədə 11,7 milyon manat və ya 3,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,8 milyon manaT və ya 38,2 % azalaraq 23,9 milyon manata düşüb.
Balans kapitalı 341,6 milyon manata olub ki, bu da illik fərqlə 26,5 milyon manat və ya 8,4 % çoxdur.
Bölüşdürülülməmiş mənfəətin həcmi 59 milyon 20 min manat təşkil edib. Mənfəətin həcmi son bir ildə 26 milyon 211 min manat başqa sözlə 80% artıb.