“Azər Maya İstehsal” QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə “Azər Maya İstehsal” QSC-nin xalis mənfəəti 440,1 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 347,5 min manat və ya 4,8 dəfə çoxdur.
2021-ci ildə şirkət 347,6 min manat xalis mənfəət əldə etmişdi. Şirkət 110 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 3 milyon 437 min manat və ya 2,4 dəfə artaraq 5 milyon 942 min manata, satışın maya dəyəri isə 3 milyon 137 min manat və ya 2,3 dəfə artaraq 5 milyon 544 min manata yüksəlib.
Bu dövrdə şirkətin ümumi gəlirləri 398 min manat olub ki, bu da illik müqayisədə 300 min manat və ya 4 dəfə çoxdur.
Əməliyyat mənfəətində isə 449,1 min manat və ya 4,7 dəfə artım baş verib və 570,9 min manat təşkil edib.
2022-ci ildə şirkətin cəmi aktivləri 8 milyon 525 min manat təşkil edib. Akitvlər son bir ildə 3 milyon 204 min manat və ya 60,2% artıb.
Cəmi öhdəlikləri isə 95% və ya 3 milyon 297 min manat artaraq 6 milyon 705 min manata yaxınlaşıb.
“Azər Maya İstehsal” QSC-nin balans kapitalı 01.01.2023 tarixinə 1 milyon 761 min manat olub ki, bu da illik müqayisədə 92,5 min manat və ya 5% azdır.
Qeyd edək ki, şirkət 10 aprel 2024-cü il Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3 105-ci məhəllədə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 milyon 761 min 150 manatdır, qanuni təmsilçisi isə Rüfət Məmmədov Əhədağa oğludur.