“Azerelektroterm” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə “Azerelektroterm” ASC-nin xalis mənfəəti 89,7 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 5,5 min manat və ya 5,8% azdır.
2021-ci ildə şirkət 95,2 min manat xalis mənfəət əldə etmişdi. Şirkət 22,4 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 21,4 min manat və ya 7,5% azalaraq 264 min manata, satışın maya dəyəri isə 14,2 min manat və ya 10,6% azalaraq 119,3 min manata düşüb.
Bu dövrdə şirkətin ümumi gəlirləri və əməliyyat mənfəəti 144,7 min manat olub ki, bu da illik müqayisədə 7 min manat və ya 4,7% azdır.
2022-ci ildə şirkətin cəmi aktivləri 11 milyon 847 min manat təşkil edib. Akitvlər son bir ildə 50 min manat və ya 0,4% artıb.
Cəmi kapitalı isə 0,4% və ya 10 min manat azalaraq 2 milyon 230 min manat təşkil edib.
“Azerelektroterm” ASC-nin balans kapitalı 01.01.2023 tarixinə 9 milyon 616 min manat olub ki, bu da illik müqayisədə 59 min manat və ya 0,6% çoxdur.
Hesabat dövründə şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 7 milyon 755 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 64 min manat (0,8%) çoxdur.