“Arash Medical Company” QSC 2022-ci ilin maliyyə nəticələrini elan edib.
FED.az QSC-nin hesabatına istinadən xəbər verir ki, şirkət 2022-ci ili 3 milyon 865 min manat xalis mənfəətlə başa vurub. 966,2 min manat mənfəət vergisi ödəyib.
Bu dövrdə 35 milyon 392 min manat əməliyyat gəliri əldə edən şirkətin, cəmi gəlirləri 35 milyon 150 min manat olub.
Əsas əməliyyat xərcləri 29 milyon 88 min manat olub.
Bundan başqa 965,1 min manat əmək haqqı, 184,8 min manatı sosial sığorta və təminat, 25 milyon 210 min manatı malın dəyəri, 1 milyon 70 min manatı nəqliyyat xərcləri təşkil edib.
İşlərin aparılması xərcləri 545,5 min manat, sair xərclər 685,7 min manat, cəmi xərclər isə 30 milyon 319 min manat olub.
“Arash Medical Company” QSC 2022-ci ildə 64 milyon 345 min manat aktivlərə malik olub.
QSC-nin öhdəlikləri isə 53 milyon 184 min manat təşkil edib.
Balans kapitalı isə 11 milyon 160 min manat olub.