“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 5,6 milyon manat mənfəətlə başa vurub.
Eləcə də bax: “Union Lizinq”in vəziyyəti - MƏLUM OLUB - HESABAT
FED.az bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.
Bu il iyulun 1-nə “Aqrarkredit”in aktivləri 12 423,9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,6% azdır. Bunun 12 037,4 milyon manatı “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən qəbul olunmuş aktivlərdir. I yarımildə bu rəqəm 1,7% azalıb.
Hesabat tarixinə BOKT-nin kredit portfeli isə 63 milyon manat olub ki, bu da 6 aylıq müqayisədə 17,9% azdır.
Yanvar-iyun aylarında maliyyə qurumunun öhdəlikləri 1,7% azalaraq 12 393,2 milyon manata düşüb, balans kapitalı isə 22,65% artaraq 30,7 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,7 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.
“Report”