2025-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 799,5 milyon manatlıq, o cümlədən 523,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 275,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,0 faiz, ondan ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 20,6 faiz artıb.
2025-ci ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 22,6 faizi ticarət müəssisələri, 35,9 faizi bazar və yarmarkalarda, 41,5 faizi isə fərdi sahibkarlar tərəfindən satılıb.
2024-cü ilin yanvar–iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 15,2 faiz, bazar və yarmarkalar üzrə 78,5 faiz artıb.