2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 150,0 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərillib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məhsulun və xidmətlərin 30,5 milyon manatı, yaxud 20,3 faizi dövlət sektorunun sənaye müəssisələri, 119,5 milyon manatı, yaxud 79,7 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən 118,9 milyon manatı, yaxud 93,5 faizi qeyri-dövlət sektoruna aid olmaqla 127,2 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilib.
Bundan 35,3 milyon manat qida məhsulları istehsalı, 4,8 milyon manat içki, 65,9 milyon manat metallurgiya sənayesi məhsulları, 8,3 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 12,9 milyon manat digər məhsulların istehsalı təşkil edib. Cari ilin yanvar-mart ayları ərzində 23,6 min ton un, 56,8 min dekalitr araq, 26,2 min dekalitr şərab, 124 ədəd traktor, 6 ədəd MAZ yük avtomobili, 3561,3 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 3604 ədəd elektron, 111893 ədəd mexaniki su və qaz sayğacları istehsal edilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-mart ayları ərzində 15,8 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 6,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərillib.