2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində 63,2 ha sahədə əkin (ondan 29,0 hektar dənli və dənli paxlalı bitkilər, 34,2 hektar tərəvəz bitkiləri) aparılıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-dekabr aylarında tarlalardan 59,7 ton dənli və dənli paxlalı bitkilər, 138,9 ton tərəvəz, 886,9 ton meyvə və giləmeyvə, 502,8 ton üzüm toplanıb.
2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 691 baş iribuynuzlu mal-qara (ondan 291 baş inək və camış), 1514 baş qoyun və keçi, 29 baş donuz mövcud olub.
Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında heyvandarlıq bölməsində 224,0 ton ət diri çəkidə, 690,0 ton süd, 1215 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 52,0 ton (30,2 faiz), yumurta istehsalı 210 min ədəd (20,9 faiz) artmış, süd istehsalı 21,0 ton (3,0 faiz), yun istehsalı isə 1,0 ton (33,3 faiz) azalıb.
2024-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 5 milyon 305,8 min manat, o cümlədən bitkiçilik məhsulları 3 milyon 192,0 min manat, heyvandarlıq məhsulları 2 milyon 113,8 min manat təşkil edib.