2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 496 milyon 224,8 min manat təşkil edib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə xəbər verir.
Məlumata görə 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 8 faiz çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 111 milyon 259,3 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 22,4 faizini təşkil edib.
Ödənişli xidmətlərin 11,1 faizi dövlət, 88,9 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.












