Gəncə şəhərində 2025-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 41 milyon 642,1 min manat təşkil edib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz çoxdur.
Dövriyyənin 40 milyon 422,7 min manatı fiziki şəxslərin hesabına təmin olunub.












