2025-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyon 951,3 min manat təşkil edib ki, onun da 500,9 min manatı bitkiçilik məhsullarının, 1 milyon 450,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
2025-ci ilin məhsulu üçün şəhər üzrə 42,2 hektar kənd təsərrüfatı bitkiləri əkilib ki, bunun da 8,0 hektarını dənli və dənli paxlalı bitkilər, 34,2 hektarını tərəvəz bitkiləri təşkil edib.
2025-ci ilin yanvar-iyun aylarında tarlalardan 16,7 ton dənli və dənli paxlalı bitkilər, 144,6 ton tərəvəz, 265,4 ton meyvə və giləmeyvə toplanıb.
2025-ci ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 670 baş iribuynuzlu mal-qara (ondan 266 baş inək və camış), 1139 baş qoyun və keçi, 6 baş donuz mövcud olub.
Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində 108 ton ət diri çəkidə, 327 ton süd, 608 min ədəd yumurta, 2,0 ton yun istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 1,0 ton və ya 0,3 faiz artıb.