Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz artaraq 27,1 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
Dövriyyənin 26,2 milyon manatı fiziki şəxslərin hesabına təmin olunub.
2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,0 faiz artaraq 319,7 milyon manat təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 75,8 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 23,7 faizini təşkil edib. Ödənişli xidmətlərin 12,5 faizi dövlət, 87,5 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.