Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 2,6 milyon ton yük və 52,1 milyon sərnişin daşınıb.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsi məlumat yayıb.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə yük daşınması 7,6 faiz, sərnişin daşınması isə 6,4 faiz artıb
İnformasiya və rabitə sahəsində 2025-ci ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 9,5 faiz artaraq, 4,3 milyon manat olub.