2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1 milyon 089,2 min manat təşkil edib və heyvandarlıq məhsullarından ibarət olub.
FED.az xəbər verir ki bu barədə Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
2025-ci ilin aprel ayının 1-nə kimi 34,2 hektar sahədə yazlıq bitkilər (tərəvəz) əkilib.
2025-ci ilin aprel ayının 1-i vəziyyətinə təsərrüfatlarda 683 baş iribuynuzlu mal-qara (ondan 270 baş inək və camış), 1136 baş qoyun və keçi, 6 baş donuz mövcud olub.
Gəncə şəhərində 2025-ci ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində 46 ton ət diri çəkidə, 165 ton süd, 303 min ədəd yumurta istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 24,0 ton və ya 34,3 faiz azalmış, süd istehsalı 8,0 ton və ya 5,1 faiz, yumurta istehsalı 23 min ədəd və ya 8,2 faiz artıb.