2025-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 392,5 milyon manatlıq məhsul satılıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə satılmış mallara 256,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 136,3 milyon manatlıq qeyri-ərzaq mallar daxildir.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 21,6 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 23,6 faiz azalıb.
2025-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 36,2 faizi bazar və yarmarkalarda, 40,7 faizi isə fərdi sahibkarlar tərəfindən satılıb.
2024-cü ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 20,5 faiz, bazar və yarmarkalar üzrə 1,9 dəfə artmış, fərdi sahibkarlar üzrə isə 33,2 faiz azalıb.