Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Türkiyəyə cəmi 133,1 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyəyə ixrac edilmiş neftin dəyəri isə 65 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 221,2 min ton (2,7 dəfə), dəyərində isə 129 milyon dollar (3 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Türkiyəyə 193,9 milyon dollar dəyərində 354,4 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Türkiyəyə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 488 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 59 dollar (10,8%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 547 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Türkiyə 2025-ci ildə 18-ci, 2024-cü ildə isə 12-ci yerdə olub.










