“Platts Dated Brent” markalı neftin qiyməti 2024-cü ildə orta hesabla bir barel üçün 85 ABŞ dolları təşkil edəcəyi, 2025-ci ildə isə təxminən 79 ABŞ dollara qədər aşağı düşəcəyi proqnozlaşdırılır.
SOCAR Rumıniya ilə qaz müqaviləsinin 2026-cı ilədək uzadılmasına hazırdır
FED.az xəbər verir ki, bu barədə fundamental bazar göstəriciləri və mövcud vəziyyətin təhlili, eləcə də digər amillər nəzərə alınmaqla hazırlanan "S&P Global Commodity Insights"ın baza proqnozunda deyilir.
Məlumata görə, 2023-cü ilin əvvəlindən martın sonuna qədər “Platts Dated Brent” markalı neftin qiyməti bütövlükdə 2023-cü il səviyyələrinə uyğun olaraq orta hesabla bir barel üçün 83 ABŞ dolları təşkil edib.
Dünyanın aparıcı əmtəə investorlarından biri, “Beeland Interests Inc.”in sədri, “Quantum Fund”un həmtəsisçisi Cim Rocers “S&P Global Commodity Insights”a müsahibəsində bildirib ki, müharibələr ənənəvi olaraq xammalı dəstəkləyir, baxmayaraq ki, uzun sürən münaqişələr mənfi nəticələrə səbəb ola bilər. O, bu sözləri Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinə münasibət bildirərkən deyib.
“Məsələn, Ukrayna və Rusiya kənd təsərrüfatı məhsulları, neft istehsal edir və bu iki ölkədə hazırda təchizat məhdudiyyətləri var. Digər risk, əlbəttə ki, Asiyada - məsələn, Tayvanda münaqişənin yaranmasıdır. Onda hamımız çox narahat olmalıyıq”, - C.Rocers bildirib.
İnvestor vurğulayıb ki, təkcə xammala qoyulan investisiyaları deyil, həm də ümumi maliyyə sərmayələrini diqqətlə izləmək, həm də gələcəyə ehtiyatla baxmaq lazımdır: “ABŞ fond bazarı 2009-cu ildən bəri yüksəlir ki, bu da ABŞ tarixində heç bir problem yaşanmayan ən uzun müddətdir. Mən inflyasiyanın geri qayıtmasının əlamətlərini görürəm və faiz dərəcələrinin yüksəlməsi üçün imkanlar var. Mən də çoxsaylı spekulyasiyalar görürəm - bir çox yeni investorlar dostlarına bunun asan pul qazanmaq yolu kimi təqdim edirlər. Bu narahatlıq doğurur”.
O qeyd edib ki, qlobal iqtisadiyyatda artan borc indi əsas narahatlığa səbəb olur: "Növbəti “ayı bazarı”mız olanda işlər çox pis olacaq. 2008-ci il borcların çoxluğuna görə pis il oldu. O vaxtdan bəri borc kəskin şəkildə artdı. Hətta Çinin 25 il əvvəlki dövrə nisbətən indi borcları xeyli artıb”. (Report)