SOCAR-ın 2024-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.
SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,9 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3% artaraq 6,5 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artıb.
Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona yaxın neft, 923,7 milyon kubmetr qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 min tondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.