Avropa ölkələri bu qış Rusiyadan qaz tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşəcək.
Eləcə də bax: Avropada qaz anbarları 90% dolub – QAZIN QİYMƏTİ ÇÖKDÜ
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İndi bütün Avropanı bir sual maraqlandırır: "Bu qış necə keçəcək?", - deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyənin bu qış enerji resursları ilə bağlı problemi olmayacaq.
Rusiya-Ukrayna müharibəsindən danışan Türkiyə Prezidenti qeyd edib ki, Ankara hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərdə vasitəçilikdə aparıcı rol oynayır. (Trend)