Amerikanın qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Morgan Stanley, OPEC+ ölkələrinin hasilatlarını azaltmaları və neft emalı zavodlarına edilən son dron hücumlarından sonra Rusiyanın neft hasilatının azalacağını əsas gətirərək, 2024-cü ilin üçüncü rübü üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 10 dollar artıraraq 90 dollar/barelə qaldırıb.
Azərbaycanın neft satışından - GƏLİRLƏRİ AZALIB - YENİ RƏQƏMLƏR
FED.az xəbər verir ki, Morgan Stanley ikinci və üçüncü rüblər üçün OPEC və Rusiya üçün tədarük proqnozunu gündəlik 0,2-0,3 milyon barel azaldıb.
Bank 2024-cü ilin birinci rübü üçün Brent neftinin qiyməti üzrə proqnozunu 82,5 dollardan 85 dollara, ikinci rüb üçün proqnozunu 82,5 dollardan 87,5 dollara, dördüncü rüb üçün qiymətləri isə əvvəlki 80 dollardan 85 dollara qaldırıb.
Bazar ertəsi Brent markalı neftin bir barelinin qiyməti 87 dolları görüb. Ukraynanın ilin əvvəlindən Rusiyanın neft infrastrukturuna hücumlarını artırması, Rusiyanın bir neçə iri neft emalı zavodunu vurması ilə qiymətlər dəstəklənib. (Marja)