2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricə 2 milyard 826 milyon dollar dəyərində 4 milyon 595 min xam neft ixrac edib.
Azərbaycanın təbii qaz satışından gəlirləri - 3 DƏFƏ ARTDI - YENİ QİYMƏT
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 426,6 milyon dollar və ya (13,1%), miqdar baxımından isə 579,6 min ton və ya 11,2% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk iki ayı ərzində ölkədən xaricə 3 milyard 251 milyon dollar dəyərində 5 milyon 175 min ton xam neft ixrac edilmişdi.
2024-cü ildə Azərbaycandan 1 ton xam neftin xaricə satış qiyməti 615 dollar olub. Qeyd edək ki, 2023-cü ilin eyni dövründə Azərbaycan neftinin xaricə satış qiyməti 1 ton üçün 628 dollar olub.