Analitiklər 2019-cu il üzrə neftin qiymətinə dair proqnozu aşağı salıblar.
FED.az-ın məlumatına görə, “Wall Street Journal” tərəfindən aparılan sorğuda iştirak edən 13 qlobal investisiya bankının analitikləri 2019-cu ilə dair neftin qiyməti üzrə proqnozu endiriblər.
ELƏCƏ DƏ BAX: Xəzər regionu üçün növbəti ilk - BP-DƏN AÇIQLAMA
Analitiklər 2019-cu ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 69 dollar olacağını gözləyirlər. Əvvəlki proqnoz 77 dollar/barrel idi. “Light” nefti üçün orta qiymət proqnozu isə 70 dollar/barreldən 63 dollar/barrelə endirilib.
Hazırda “Brent” neftin bir barreli Londonun ICE birjasında 53,34 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 44,86 dollara satılır.
Neftin qiymətinə dair – YENİ PROQNOZ
19:22
24 Dek 2018