2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 4 milyard 364 milyon 590 min dollar dəyərində 6 milyon 928 min 456 ton neft ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 350 milyon 820 min dollar və ya 24%, miqdar ifadəsilə 2 milyon 307 min 450 ton və ya 25% aşağı düşüb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 5 milyard 715 milyon 410 min dollar dəyərində 9 milyon 235 min 906 ton neft ixrac olunmuşdu.
1 ton neftin orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 1 071 manata başa gəlib ki, bu da illik müqayisədə 19 manat (2%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə neftin orta ixrac qiyməti 1 052 manata başa gəlib.