2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 7 milyon 390 min dollar dəyərində 9 min 787 ton şəkər ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 988 min dollar və ya 40%, miqdar ifadəsilə 7 min 439 ton və ya 43% aşağı düşüb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 12 milyon 377 min dollar dəyərində 17 min 226 ton şəkər ixrac olunmuşdu.
1 kq şəkərin orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 1,28 manata başa gəlib ki, bu da illik müqayisədə 0,06 manat (5%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə şəkərin orta ixrac qiyməti 1,22 manata başa gəlib.