Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilib.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Özbəkistana işgüzar səfərləri çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə iştirak ediblər.
“Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesindən irəli gələn məsələlərin icrası, region ölkələrinin enerji sistemlərinin inkişafının koordinasiyası və yaşıl enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - deyə nazir vurğulayıb.