2023-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 189,01 milyon ABŞ dolları dəyərində 955 561,73 ton qaz idxal edib.
SOCAR Macarıstan anbarlarını Azərbaycan qazı ilə - DOLDURMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycandan idxal edilən qazın həcmi illik ifadədə 98 740,98 ton və ya 9,4%, dəyəri isə 3,07 milyon dollar və ya 1.6% azalıb.
Belə ki, 2022-ci ilin birinci yarısında Gürcüstan Azərbaycandan 192,08 milyon dollar dəyərində 1 054 302,71 ton qaz idxal edib.
Cari ilin birinci yarısında Gürcüstan ümumilikdə 275,61 milyon dollar dəyərində 1 284 683,12 ton qaz idxal edib. Beləliklə Azərbaycan bu il də Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalıb – 74,4%.
Hesabat dövründə Gürcüstan Rusiyadan 86,4 milyon dollar dəyərində 329 025,29 ton qaz idxal edib. Bu il qonşu ölkənin Rusiyadan idxal etdiyi qazın həcmi illik ifadədə 2,14 dəfə, dəyəri isə 2,1 dəfə çoxdur. (Apa)